...

Lerik sakininin üzərindən və yaşadığı evdən narkotik aşkarlandı

Cəmiyyət Materials 2 Fevral 2024 09:09 (UTC +04:00)
Lerik sakininin üzərindən və yaşadığı evdən narkotik aşkarlandı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Lerik sakininin üzərindən və yaşadığı evdən narkotik aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Elşad Ağayev saxlanılıb. Onun üzərindən və yaşadığı evdən ümumilikdə 400 qram marixuana aşkarlanaraq götürülüb. Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bundan əlavə, Lerik RPŞ-nin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi istiqamətində keçirdikləri növbəti əməliyyat və profilaktiki tədbirlər nəticəsində 2 ədəd "Kalaşnikov" avtomatı, 60 ədəd patron və müvafiq sənədləri olmadan qanunsuz saxlanılan 3 ədəd ov tüfəngi aşkarlanaraq götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti