...

Kollecdə nöqsanlar aşkar edildi: Direktor İŞDƏN ÇIXARILDI

Cəmiyyət Materials 1 Aprel 2024 10:33 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ağdaş Dövlət Humanitar Kollecinin direktoru vəzifəsindən azad edilib.

Trend xəbər verir ki, martın 5-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri Ağdaş Dövlət Humanitar Kollecində monitorinq keçirib.

Monitorinq zamanı müvafiq yoxlamalar aparılıb və sənədlərə baxış keçirilib. Aşkarlanmış nöqsanlar nəticəsində Agentliyin 1 aprel 2024-cü il tarixli əmri ilə Kollecin direktoru Namiq Mehdiyevlə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, ölkənin orta ixtisas təhsili müəssisələrində monitorinqlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti