...

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edildi (YENİLƏNİB)

Cəmiyyət Materials 22 İyun 2024 08:48 (UTC +04:00)

Bakı. Trend:

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakının Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat İntelektual İdarəetmə Mərkəzi məlumat yayıb.

xxx

07:34

Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Trend-in məlumatına görə, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Eyni zamanda məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti