...

Birinci Qarabağ müharibəsi şəhidi Fəqan Yaqubov Tərtərdə dəfn olunub (FOTO)

Cəmiyyət Materials 28 İyun 2024 15:42 (UTC +04:00)
Birinci Qarabağ müharibəsi şəhidi Fəqan Yaqubov Tərtərdə dəfn olunub (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Tərtər. Trend:

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən biri olan Yaqubov Fəqan Misir oğlu Tərtər rayonunda dəfn olunub. Fəqan naməlum şəhid kimi Bakı şəhərindəki I Şəhidlər Xiyabanında dəfn olunmuşdu.

Trend-in Qarabağ bürosu xəbər verir ki, şəhidlə vida mərasimi ailəsinin yaşadığı Tərtər rayonunun Sarıcalı kəndində keçirilib. Mərasimdə yüzlərlə kənd sakini, şəhidin ailə üzvləri, qazilər, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub. Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.

Qeyd edək ki, Yaqubov Fəqan Misir oğlu 1973-cü ildə Tərtər rayonunun Sarıcalı kəndində anadan olub. Birinci Qarabağ müharibəsində Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib.

Xəbər lenti

Xəbər lenti