...

“Qalatasaray” Ziyeşin transferini rəsmiləşdirib

İdman Materials 28 İyun 2024 23:22 (UTC +04:00)
“Qalatasaray” Ziyeşin transferini rəsmiləşdirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hakim Ziyeş “Qalatasaray”ın tamhüquqlu futbolçusu olub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə onun keçmiş klubu “Çelsi” məlumat yayıb.

Ötən mövsümü icarə əsasında “Qalatasaray”da keçirən Ziyeşin müqaviləsində azad transfer maddəsi yer alıb. İstanbul klubu bu hüquqdan istifadə edərək 31 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalayıb. Hakimin illik maaşı 2,85 milyon avro olacaq.

Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi ötən mövsümdə 23 oyunda 8 qol və 4 ötürmə ilə yadda qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti