Bakı. Trend:
16 iyul tarixində səhər saatlarında Siyəzən rayonunun Zarat stansiyasında hərəkətdə olarkən relsdən çıxmış Rusiya özəl şirkətlərinə məxsus 3 vaqon dünən saat 22.00 radələrində rels üzərinə qaldırılmış və həmin istiqamətdə qatarların hərəkəti normal qrafik üzrə tam təmin olunmuşdu.
Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
"Azərbaycan Dəmir Yolları" QSC-nin infrastruktur və hərəkətin təhlükəsizliyi departamentlərinin birgə operativ fəaliyyəti nəticəsində sözügedən sahədə yol təsərrüfatında müvafiq tənzimləmə işləri görülmüş, yük vaqonlarının təyinatı üzrə yola salınması üçün hazırlıq işləri tamamlanmışdı.