...

Ağadadaş Ağayev cinayət məsuliyyətinə cəlb edildi

Cəmiyyət Materials 23 İyul 2024 19:17 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtın Binəqədi rayonunda baş verən insidentlə əlaqədar araşdırma aparılır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətindən bildirilib ki, fakta görə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb.

Münaqişə tərəfləri — N.Cəlilov və A.Ağayev cinayət məsuliyyətinə cəlb edilib.

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A. Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini əlindəki balta ilə onu hədələdiyini bildirib.

N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.

Xəbər lenti

Xəbər lenti