Bakı. Trend:
2024 ilin yanvar-iyul aylarında Bakı şəhəri və Abşeron rayonunun müntəzəm marşrut xətləri üzrə avtobusla 235,058 milyon sərnişin daşınıb.
Trend bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Bildirilir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,5% çoxdur.
Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Bakı şəhəri və Abşeron rayonunun müntəzəm marşrut xətləri üzrə avtobusla 220,732 milyon sərnişin daşınıb.