...

Seyfəli poliqonunda istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək

Cəmiyyət Materials 8 Sentyabr 2024 17:38 (UTC +04:00)
Seyfəli poliqonunda istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək

Bakı. Trend:

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi davam etdirilir.

Bu barədə Trend-ə Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

“Döyüş sursatlarının məhv edilməsi prosesi sentyabrın 9-dan 13-dək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək”, - məlumatda qeyd edilib.

Xəbər lenti

Xəbər lenti