...

Dövlət Ekoloji Ekspertiza Agentliyində ictimai dinləmə keçirilib

Cəmiyyət Materials 13 Sentyabr 2024 17:07 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Dövlət Ekoloji Ekspertiza Agentliyində ekoloji rəyin alınması, tikinti və infrastruktur layihələrin ekoloji cəhətdən obyektiv qiymətləndirilməsi, şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə növbəti ictimai dinləmə keçirilib.

Trend xəbər verir ki, dinləmədə əsas məqsədin yaşıllıqların mümkün dərəcədə qorunması, artırılması, götürülməsinə rəy verilmiş ağacların öncədən ayrılmış ərazilərə standartlara uyğun qaydada köçürülməsi, yaşıllıqların bioloji inkişafdan qalmasına yol verilməməsi və sonrakı illərdə də onlara mütəmadi düzgün aqro-texniki qulluq göstərilməsi olduğu vurğulanıb.

Mütəxəssislər ölkə ərazisində yayılan Aylant ağacı ilə bağlı fikirlərini bölüşüblər.

Bildirilib ki, Aylant (lat. Ailanthus) cinsli ağac və kolşəkilli yaşıllıqlar torpağa tələbkar olmadığından, quraqlığa davamlı olduğundan və bol kök ucları əmələ gətirdiyindən müxtəlif relyeflərdə inkişaf edərək çox sürətlə yayılır.

Kök tumurcuqları yaratmaq qabiliyyətinə, həddindən artıq quru mühitə, şəhər şəraitinə və duzluluğa dözümlü olmasına, spesifik qoxusundan ötrü təbii düşmənlərinin olmamasına görə Aylant sıx kolluqlar əmələ gətirir və yerli növləri sıxışdırır.

Bir çox yerlərdə - şəhər və rayon ərazilərində, əsasən tikililərin divarının dibində, müəyyən qısa müddət ərzində istifadəsiz qalmış və ya tərk edilmiş ərazilərdə yabanı halda ağac və kol formasında bitərək infrastruktur obyektlərinə təhlükə yaratmaqla yanaşı təbii kolluqlar əmələ gətirərək vəhşiləşib.

Yabanı halda bitdiyindən əksər hallarda şəhərsalma və tikinti qaydalarına zidd olaraq yerləşir və qanunvericilikdə nəzərdə tutulmuş ara məsafəsi (yaşıllıqlarla obyektlərin minimal yerləşmə məsafəsi) tələblərini də pozur.

Respublikamızın yaşıllaşdırma və bağ-park təsərrüfatlarında Aylant cinsli yaşıllıqlardan istifadə edilmir. Hətta qonşu Rusiya Federasiyasının ərazisində karantin obyektlərinin (karantin tətbiq olunmayan zərərvericilər) siyahısına daxil edilib.

Yuxarıda qeyd edilənlərə əsasən gələcəkdə yarada biləcəyi ciddi maneə və təhlükələri nəzərə alaraq yabanı halda bitmiş ting və kolşəkilli Aylant cinsli kiçik parametrli yaşıllıqlar mütəmadi olaraq zəruri aqrotexniki tədbirlərin köməyi ilə ərazilərdən təmizlənməlidir və bu səbəbdən də iri diametrli ağaclar istisna olmaqla, yalnız ting, yeniyetmə və kolşəkilli Aylantlar inventarizasiya zamanı yaşıllıq siyahısına daxil edilməməlidir.

Xəbər lenti

Xəbər lenti