...

BQXK müntəzəm olaraq Bakıda həbsdə olan erməni əsilli şəxslərə baş çəkir - İlahə Hüseynova

Cəmiyyət Materials 7 Oktyabr 2024 15:35 (UTC +04:00)
BQXK müntəzəm olaraq Bakıda həbsdə olan erməni əsilli şəxslərə baş çəkir - İlahə Hüseynova
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları müntəzəm olaraq Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməni əsilli şəxslərə baş çəkir.

Bunu Trend-ə açıqlamasında BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

O bildirib ki, sonuncu dəfə belə başçəkmə sentyabr ayında olub.

"Belə başçəkmələr zamanı Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları saxlanma şəraiti, saxlanılan şəxslərlə rəftarla maraqlanır və həmçinin də ailə əlaqələrinin bərpası üçün şərait yaradır. Görüşlər zamanı saxlanılan şəxslərlə təkbətək görüşülür və onlara imkan yaradılır ki, ailələrinə ismarıclar yaza bilsinlər", - deyə o qeyd edib.

Qeyd edək ki, avqust ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməni əsilli şəxslərə yenidən baş çəkiblər. Saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb.

Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağın erməni separatçılarının “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, "xarici işlər naziri" olmuş David Babayan, eləcə də “parlament sədri” olmuş David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və “dövlət naziri” olmuş Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti