Bakı. Trend:
İstənilən silahlı münaqişələrin ən ağrılı humanitar nəticələrindən biri də itkin düşmüş şəxslər problemidir. Təəssüf ki, bu problem Azərbaycandan da yan keçməyib.
Bunu Trend-ə açıqlamasında BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
Onun sözlərinə görə, 4000 min nəfərə yaxın silahlı münaqişə nəticəsində itkin düşmüş şəxs qeydiyyatdan keçirilib.
"Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bu işdə aparıcı qurumdur. Beynəlxalq Qızıl Xaç Komitəsi də itkin düşmüş şəxslərin talelərinin aydınlaşdırılması yönündə Dövlət Komissiyasına dəstək verir. Bu qurumlar birgə işləyərək itkin düşmüş şəxslərin siyahısını eyniləşdirirlər. İtkin düşmüş şəxslərin ailə üzvlərinə baş çəkərək illər ərzində onlar haqqında ətraflı məlumatların toplanması layihəsini həyata keçirir. Bu məlumatlar Dövlət Komissiyasının bazasında saxlanılır", - deyə o qeyd edib.