...

Avtobus zolaqları artmasaydı, biz əlavə 20 milyon sərnişin daşıya bilməzdik - Anar Rzayev

Cəmiyyət Materials 9 Oktyabr 2024 17:30 (UTC +04:00)
Avtobus zolaqları artmasaydı, biz əlavə 20 milyon sərnişin daşıya bilməzdik - Anar Rzayev
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Avtobus zolaqları artmasaydı, biz əlavə 20 milyon sərnişin daşıya bilməzdik.

Trend xəbər verir ki, bunu Azərbaycanda sərnişin mobilliyinin transformasiyası mövzusunda keçirilən tədbirdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib.

O bildirib ki, indi bəzi küçələrdə sıxlıq olsa da, avtobus zolaqları olmasaydı, vəziyyət daha pis olardı.

"Avtobus zolaqları tıxacın qarşısının alınmasında böyük kömək göstərir.

Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişinlərin mənzil başına daha tez və rahat çata bilməsi üçün ümumi şəhər zolaqları şəbəkəsi çərçivəsində Zərifə Əliyeva küçəsində avtobus zolağının təşkil edilməsi planlaşdırılır. Layihə ilə bağlı 9 oktyabr tarixində nəqliyyat ekspertləri Ərşad Hüseynov, Rauf Ağamirzəyev, Eldəniz Cəfərov, Sosial Tədqiqatlar Mərkəzinin nümayəndəsi Əziz Əlibəyli, bloger Saleh Nəsirov və media nümayəndələrinin iştirakı ilə ictimai dinləmə təşkil edilib.

Xəbər lenti

Xəbər lenti