...

Hacıqabulda quldurluq edən şəxslər ələ keçdi

Cəmiyyət Materials 30 Noyabr 2024 12:02 (UTC +04:00)
Hacıqabulda quldurluq edən şəxslər ələ keçdi
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində quldurluq edən Ucar rayon sakinləri Cəbrayıl Orucov, Aras Umarov, Sadiq Əsgərov və bir nəfər yeniyetmə saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, araşdırmalar zamanı saxlanılan şəxslərin zərərçəkənə qarşı zor tətbiq edərək üzərində olan 690 manatı ələ keçirdikləri müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, C.Orucov, A.Umarov və S.Əsgərov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti