Bakı. Trend:
Azərbaycanda bir sıra məktəbəqədər təhsil müəssisələrində hazır yemək təminatı yaxşılaşdırılacaq.
Trend-in əldə etdiyi məlumata görə, bununla bağlı keyfiyyətə nəzarət xidmətləri göstəriləcək.
Belə ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi artıq bu işlər çərçivəsində müəyyən işləri yekunlaşdırıb.
Qurum məktəbəqədər təhsil müəssisələrində hazır yemək təminatının təşkili keyfiyyətə nəzarət xidmətlərinin göstərilməsi xidmətini "Depot" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb. Müqavilə əsasən, şirkətə 77 milyon manat ödənilib.
Qeyd edək ki, sözügedən işlərin icrasının həvalə olunduğu "Depot" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Hüseynov Elvin Malik oğludur.