...

Bayden Qəzzada atəşkəs razılaşması ilə bağlı bəyanat yayıb

Dünya xəbərləri Materials 15 Yanvar 2025 23:38 (UTC +04:00)
Bayden Qəzzada atəşkəs razılaşması ilə bağlı bəyanat yayıb
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Co Bayden İsrail ilə HƏMAS arasında atəşkəs və girovların azad olunmasına dair razılaşma ilə bağlı bəyanat yayıb.

Trend-in məlumatına görə, Bayden bildirib ki, tərəflər arasında atəşkəsə ölkəsinin həyata keçirdiyi intensiv diplomatiya nəticəsində nail olunub.

"Qəzza razılaşmasının birinci mərhələsi altı həftə davam edəcək, atəşkəs, İsrail qoşunlarının çıxarılması, girovların azad olunmasını əhatə edəcək.

İkinci mərhələ bütün girovların azad edilməsi və qoşunların çıxarılması prosesinin başa çatmasını nəzərdə tutur və üçüncü mərhələnin həyata keçirilməsi zamanı öldürülən girovların qalıqları qohumlarına qaytarılacaq, bundan sonra anklavın bərpası prosesi başlayacaq", - deyə açıqlamada bildirilir.

Xəbər lenti

Xəbər lenti