...

Bütün qərarların arxasında canlı insan dayanır, süni intellekt bunu bacara bilməz - Fərhad Abdullayev

Cəmiyyət Materials 21 Fevral 2025 12:43 (UTC +04:00)
Bütün qərarların arxasında canlı insan dayanır, süni intellekt bunu bacara bilməz - Fərhad Abdullayev
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Sanki süni intellekt bioloji insanla rəqabətə çıxıb. Bəzi anlarda hiss edirsən ki, süni intellekt bəzi məsələlərdə insanı qabaqlayır. Süni intellekt həyatın bütün sahələrinə sirayət edəcək. Texnologiyanın inkişafı buna gətirib çıxarıb.

Trend xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev “Yüksəliş” müsabiqəsi tərəfindən keçirilən “Gələcəyə baxış: Yeni reallıqlar şəraitində suverenliyin möhkəmləndirilməsi” forumunda çıxışı zamanı deyib.

Fərhad Abdullayev bildirib ki, bir sıra dövlətlərdə ədalət mühakiməsinin həyata keçirilməsində süni intellekt tətbiq olunur:

“Əlbəttə, bütün qərarların arxasında canlı insan dayanır. İnsan yol verməməlidir ki, süni intellekt ondan irəli getsin. Burada daxili düşüncə, hisslər, insani keyfiyyətlər, vicdan əsas rol oynanır. Bu məsuliyyətin arxasında insan dayanır. Süni intellekt bunu bacara bilməz”, - deyə sədr qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti