Bakı. Trend:
Azərbaycanda ölkə üzrə süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı yerli və xarici investisiyaların cəlb edilməsi məqsədilə tədbirlər görüləcək.
Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiq edilən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nda öz əksini tapıb.
Tədbirin əsas icraçı qurumu kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İqtisadiyyat Nazirliyi təyin edilib.
Fəaliyyətin icra müddəti 2025-2028-ci illəri əhatə edəcək.
Yerli və xarici investisiyaların müəyyən edilmiş prioritet sektorlara cəlb olunması, müəyyən edilmiş prioritet sektorlar üzrə azı 3 pilot layihənin həyata keçirilməsi nəzərdə tutulur.