...

Milli Müdafiə Universitetində zabit heyətinin təkmilləşdirmə kursunun 70-ci buraxılış mərasimi keçirilib (FOTO/VİDEO)

Cəmiyyət Materials 12 Aprel 2025 20:21 (UTC +04:00)
Milli Müdafiə Universitetində zabit heyətinin təkmilləşdirmə kursunun 70-ci buraxılış mərasimi keçirilib (FOTO/VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda ordu quruculuğu prosesi İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərdən sonra uğurla davam etdirilir. Milli Müdafiə Universitetinin (MMU) yaradılması ilə bu prosesin elmi-nəzəri şəbəkəsi genişləndirilmişdir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Ordusunun Təlim-Tədris mərkəzində MMU-da zabit heyətinin təkmilləşdirmə kursunun 70-ci buraxılış mərasimi keçirilib.

Mərasimdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edən MMU rektorunun elm üzrə müavini - Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov MMU-nun fəaliyyətindən, hərbi tədris prosesindən, bu istiqamətdə həyata keçirilən yeniliklərdən, zabit heyətinin təkmilləşdirmə kurslarının ordu quruculuğunda səmərəsindən danışıb, məzun olanları kursu müvəffəqiyyətlə başa vurmaları münasibətilə təbrik edib.

Daha sonra kursu fərqlənmə ilə bitirən kapitan Müşfiq Rəhimli çıxış edərək belə kursların ordu quruculuğunda əhəmiyyətindən söz açıb, bu kursda əldə olunan yeni elmi biliklərin qoşunlarda döyüş hazırlığı prosesində uğurla tətbiq ediləcəyini bildirib.

Sonra kursu fərqlənmə ilə bitirənlərə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Yekunda zabitlərə sertifikatlar təqdim olunub, kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti