...

Qara dəniz-Xəzər regionu ölkələrinin KİV-ləri arasında əlaqələrin möhkəmləndirilməsi mühüm əhəmiyyət kəsb edir - İsmət Səttarov

Cəmiyyət Materials 15 Aprel 2025 11:36 (UTC +04:00)
Qara dəniz-Xəzər regionu ölkələrinin KİV-ləri arasında əlaqələrin möhkəmləndirilməsi mühüm əhəmiyyət kəsb edir - İsmət Səttarov
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Qara dəniz-Xəzər regionu ölkələrinin KİV-ləri arasında əlaəqlərin möhkəmləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Trend xəbər verir ki, bunu Azərbaycanın Audiovizual Şurasının sədri İsmət Səttarov Bakıda keçirilən Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun 11-ci Toplantısındakı çıxışında bildirib.

"Bizim üçün Bakıda Forum keçirmək böyük şərəf və böyük məsuliyyətdir – o şəhər ki, zəngin mədəniyyəti, tarixi və adət-ənənələri ilə ölkələri birləşdirir, habelə müasir siyasətdə də mühüm rol oynayır”, - deyə Səttarov vurğulayıb.

İkitərəfli əməkdaşlıqdan söz açarkən o, Azərbaycanın Albaniya, Bolqarıstan və Gürcüstanla əlaqələrin inkişaf etdirilməsinə maraq göstərdiyini diqqətə çatdırıb.

“Gürcüstan təkcə qonşu və strateji tərəfdaş deyil, o, həm də Qara dəniz regionuna bir körpüdür”, - deyə o, mediayayımların tənzimlənməsi sahəsində əməkdaşlığın dərinləşdirilməsinə çağırış edib.

Səttarov Yunanıstandan olan nümayəndə heyətini alqışlayaraq, ölkələrin KİV-ləri və tənzimləyici qurumları arasında daha sıx əlaqələrin qurulmasının qarşılıqlı faydalı olacağını vurğulayıb. O, eyni zamanda, Moldova ilə 2017-ci ildə bağlanmış əməkdaşlıq haqqında sazişin yenilənməsinin vacibliyini vurğulayıb və onu “ümumi tarixi və oxşar çağırışları” olan ölkə kimi təqdim edib.

O, həmçinin, Rumıniyaya səfərin hazırlanması və Serbiya ilə memorandumun imzalanması üzrə davam edən danışıqlar barədə məlumat verib. Onun sözlərinə görə, Bakı və Belqrad arasındakı münasibətlər xüsusi səciyyə daşıyır ki, bu da siyasi və iqtisadi sahələrdə sabit əlaqələrdə öz əksini tapır.

Səttarov xüsusilə Türkiyənin Radio və Televiziya üzrə Ali Şurasına (RTÜK) təşəkkürünü bildirib.

“Bu forumun keçirilməsi dünyanın aparıcı media tənzimləyicilərindən birinin fəallığı və peşəkarlığı sayəsində mümkün olub”, – deyə o vurğulayıb.

Sonda Səttarov tədbirə verdiyi dəstəyə görə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) təşəkkür edib, səfir doktor Merve Şəfəq Kavakçını salamlayıb və forumun iştirakçı ölkələr arasında əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyinə ümid etdiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti