Bakı. Trend:
Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində (Bakı Avropa Liseyinin qarşısından Babək prospektinə qədər) bu gecədən etibarən hərəkət məhdudlaşdırılacaq.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilir ki, hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.
“Sürücülərdən aparılan işlərə anlayışıla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, - qurumdan vurğulanıb