...

Ekoloji cinayətlərin qarşısının alınması qanunverici hakimiyyətin üzərinə mühüm məsuliyyət qoyur – Deputat

Cəmiyyət Materials 21 May 2025 14:52 (UTC +04:00)
Ekoloji cinayətlərin qarşısının alınması qanunverici hakimiyyətin üzərinə mühüm məsuliyyət qoyur – Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Baş Prokurorluğunun təşəbbüsü ilə “Hüquqi şəxslərin xeyrinə vəzifəli şəxslər tərəfindən törədilmiş ekoloji cinayətlərin qarşısının alınması və istintaqı” mövzusunda tədbir keçirilib.

Trend xəbər verir ki, tədbir Bakıda Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi “GlobE Network” çərçivəsində Altıncı Plenar İclas üzrə baş tutub.

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayevin sədrliyi ilə keçirilən tədbirdə Milli Məclisin deputatı Kamal Cəfərov çıxış edərək bildirib ki, ekoloji cinayətlərin qarşısının alınması təkcə icraedici və məhkəmə hakimiyyətinin deyil, həm də qanunverici hakimiyyətin üzərinə mühüm məsuliyyət qoyur. O vurğulayıb ki, bu sahədə hüquqi mexanizmlərin təkmilləşdirilməsi məqsədilə Milli Məclis tərəfindən bir sıra yeni qanun və dəyişikliklər qəbul olunub.

Deputat konkret olaraq “Ətraf mühitin mühafizəsi haqqında” Qanuna edilən dəyişiklikləri, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Qanunun yeni redaksiyasını, həmçinin Cinayət Məcəlləsinə ekoloji hüquqpozmalarla bağlı əlavə və sərtləşdirilmiş sanksiyaların tətbiqini misal çəkib. O qeyd edib ki, bu dəyişikliklər ekoloji cinayətlərin qarşısının alınmasında həm preventiv, həm də cəza tədbirlərinin effektivliyini artırmağa xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti