...

Beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri bəlli olub

Cəmiyyət Materials 23 İyul 2025 15:05 (UTC +04:00)
Beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri bəlli olub
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilən “Yüksəliş” müsabiqəsinin beşinci mövsümünün qalibləri müəyyənləşib.

Trend xəbər verir ki, “Baku Ekspo Mərkəzi”ndə keçirilən final mərhələsində iştirak etmiş 124 namizəddən ən yüksək bal toplayan 20 nəfər qalib adını qazanıb.

Ən gənc qalibin 24, ən yaşlı qalibin isə 39 yaşı var. Qalib gələn iştirakçıların 42.86 %-i dövlət, 57.14 %-i özəl sektorda çalışır.

Müsabiqə 5 mərhələdən — qeydiyyat, onlayn, əyani, yarımfinal və finaldan ibarətdir. Yarımfinal mərhələsi çərçivəsində namizədlər 9 səriştə üzrə (strateji düşüncə, effektiv liderlik, qərarvermə, nəticəyönümlülük, işin effektivliyinin idarə edilməsi, adaptivlik, innovativ düşüncə, komanda işi və əməkdaşlıq, etika və dürüstlük) ekspertlər tərəfindən qiymətləndiriliblər. Final mərhələsində isə iştirakçılar ekspertlər tərəfindən “İdarəçi rollar modeli” üzrə qiymətləndiriliblər.

Yarımfinal və final mərhələlərinə hazırlıq çərçivəsində qiymətləndirici ekspertlər üçün təlim proqramı təşkil olunmuşdur. Təlimlərə 153 ekspert cəlb edilib. Onlar real imtahan mühitinə yaxınlaşdırılmış simulyasiya olunmuş situasiyalar üzərindən iştirakçıların bacarıqlarını qiymətləndirməklə yanaşı, qiymətləndirmə meyarları, qiymətləndirmə mərkəzlərinin fəaliyyəti və ekspertlərin funksiyaları barədə də ətraflı məlumatlandırılıblar.

Xatırladaq ki, qiymətləndirmə prosesi beynəlxalq təcrübəyə əsaslanan və obyektivliyi ilə seçilən “Qiymətləndirmə konfransı (Assessment Conference)” metodu ilə həyata keçirilir. Bu metod hər bir iştirakçının performansına çoxşaxəli yanaşmanı təmin edir və yekun qərarların kollegial əsasda verilməsinə imkan yaradır, eyni zamanda, bu gün üçün dünyada ən etibarlı qiymətləndirmə metodu hesab olunur.

Beşinci mövsümün qaliblərinin aşağıdakılardır:

Ələsgərov Kamran Tahir oğlu
Mustafayev Fərid Vüsal oğlu
Sadıxlı Kamran Tahir oğlu
Məmmədov İbrahim Allahverdi oğlu
Balacanov Məmməd Şahrəddin oğlu
Həsənov Məmməd İslam oğlu
Daşdiyev Qoşqar Ramiz oğlu
Həsənverdiyev Şəhriyar Ələkbər oğlu
Kərimli Əli İdrak oğlu
Mirzəzadə Elnur Ceyhun oğlu
Nağıyev Orxan Mayıl oğlu
Hüseynov Numrəddin İlham oğlu
Hüseynli Mirqəni Mir Kamal oğlu
Ağayev Əliağa Əlifağa oğlu
Hüseynzadə Ramil Mahmud oğlu
Xəlilov Toğrul Mehman oğlu
Eyyub Fatimə Elçin qızı
Məmmədli Elnur Yasin oğlu
Hüseynov Fərid Şahin oğlu
Əsgərxanlı İrşad Natiq oğlu

Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.

Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti