Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, lakin 12-dən 13-nə keçən gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz
olunacaq.
Havanın temperaturu gecə +21 dərəcədən +24 dərəcəyədək, gündüz +29
dərəcədən +33 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 762 mm civə
sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 45-55 % təşkil
edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı,
şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli
intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi
dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir
güclənəcək.
Havanın temperaturu gecə +20 dərəcədən +24 dərəcəyədək, gündüz + 30
dərəcədən +35 dərəcəyədək, dağlarda gecə +10 dərəcədən +15
dərəcəyədək, gündüz +18 dərəcədən +23 dərəcəyədək olacaq.