...

Ağdam şəhərində 5-ci yaşayış məhəlləsində 50 ədəd bina inşa olunacaq

Cəmiyyət Materials 12 Avqust 2025 14:58 (UTC +04:00)
Ağdam şəhərində 5-ci yaşayış məhəlləsində 50 ədəd bina inşa olunacaq
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam.Trend:

Şəhərdə inşaasına başlanılan 5-ci yaşayış məhəlləsi isə 12 hektardan artıq ərazidə layihələndirilib. 5-ci yaşayış məhəlləsində 12 kvartal üzrə 50 ədəd bina inşa olunacaq.

Bu barədə Trend-ə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi məlumat verib.

Onun sözlərinə görə, onlardan 40 ədədi çoxmənzilli yaşayış binası, 10 ədədi isə qeyri yaşayış binasıdır:

“Həmin binalarda 1074 mənzil olacaq. Mənzillərin 5 ədədi 1 otaqlı, 372 ədədi 2 otaqlı, 443 ədədi 3 otaqlı və 254 ədədi isə 4 otaqlıdır. Bu yaşayış məhəlləsinə isə 3205 nəfərin köçürülməsi planlaşdırılır. Bundan əlavə 5-ci yaşayış məhəlləsində qeyri-yaşayış binaları da tikiləcək. Burada da uşaq meydançası, idman meydançası, istirahət meydançası və qazanxanalar olacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti