Bakı.Trend:
Avqustun 13-də Cəlilabad rayonu Göytəpə şəhərinin ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib ki, araşdırmalarla yanğının 1982-ci il təvəllüdlü Ziyafət Məmmədov tərəfindən törədildiyi məlum olub.
Bildirilib ki, hadisə nəticəsində biçilmiş əkin sahəsi və kol-kos yanıb. Z.Məmmədov məsuliyyətə cəlb olunub.