Bakı. Trend:
“Yenidoğulmuşlarda sarılıqların diaqnostikası əsasən kliniki əlamətlər, laborator müayinələrlə (qanda ümumi bilirubinin, düz bilirubinin səviyyəsi, qanın ümumi analizi və s.) aparılır”.
Trend xəbər verir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” verilişində pediatr Aynur Bağırova açıqlayıb.
Onun sözlərinə görə, uzun sürən və ağır olan sarılıqlarda, xüsusən düz bilirubinın yüksənlməsi ilə gedən hiperbilirubinemiyalarda tibbi qenetika mərkəzində dərin müayinə aparıb metabolik xəstəliklər, uşaq cərrahiyə mərkəzində punksion biopsiya, xolangioqrafiya istifadə edərək biliar patoloqiyalar istisna edilməlidir:
“Funksional müayinə üsullarından qarın boşluğu üzvlərin ultrasəs
müayinəsi (qaraciyər, öd kisəsi, dalaq) vasitəsilə
hepatosplenomeqaliya, qaraciyərin metabolik xəstəlikləri və digər
xəstəliklərdə qaraciyərin zədələnməsi, biliar atreziya, parenteral
qidalanma ilə əlaqəli xolestaz, proqressivləşən ailəvi qaraciyər
daxili xolestaz və s. kimi patologiyaların diaqnostikasında mühüm
əhəmiyyət kəsb edir”.
Pediatr sonda bildirib ki, qeyd edilən patologiyalarda daha dəqiq
diaqnoztika üçün həkimin təyinatı ilə qarın boşluğu orqanlarının
MRT müayinəsi də aparıla bilər", o əlavə edib.
