...

Dövlət xidmətləri ilə bağlı qanunun tələblərinin pozulmasına görə inzibati məsuliyyət müəyyən ediləcək

Cəmiyyət Materials 3 Dekabr 2025 17:26 (UTC +04:00)
Dövlət xidmətləri ilə bağlı qanunun tələblərinin pozulmasına görə inzibati məsuliyyət müəyyən ediləcək
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“Dövlət xidmətləri haqqında” qanunun tələblərinin pozulmasına görə inzibati məsuliyyəti müəyyən edən qanun layihəsi hazırlanacaq.

Trend xəbər verir ki, bu barədə məlumat “Dövlət xidmətləri haqqında” Qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanında öz əksini tapıb.

Nazirlər Kabineti altı ay müddətində “Dövlət xidmətləri haqqında” Qanunun tələblərinin pozulmasına görə inzibati məsuliyyəti müəyyən edən qanun layihəsi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Fərmana əsasən, Nazirlər Kabineti altı ay müddətində həmçinin Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının həmin Qanuna uyğunlaşdırılması, dövlət orqanı olan xidmət təminatçıları tərəfindən dövlət orqanlarına və digər büdcə təşkilatlarına göstərilən dövlət xidmətlərinin ödənişsiz əsaslarla təşkili mexanizmlərinin müəyyən edilməsi məqsədilə aparılmış təhlil nəticələri və beynəlxalq təcrübə nəzərə alınmaqla bu sahədə tənzimləmənin təkmilləşdirilməsi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti