Bəzi gübrələrin idxalı və satışı ƏDV-dən azad edilir

Cəmiyyət Materials 6 Noyabr 2025 11:01 (UTC +04:00)
Bəzi gübrələrin idxalı və satışı ƏDV-dən azad edilir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Mineral gübrələrlə yanaşı, kənd təsərrüfatı sahəsində istifadə olunan orqanomineral (özündə həm üzvi, həm də mineral tərkib hissələrini birləşdirən) gübrələrin də idxalı və satışı ƏDV-dən azad ediləcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Bildirilib ki, hazırda yalnız mineral gübrələrin idxalı və satışı ƏDV-dən azaddır.

Kənd təsərrüfatı məhsulları istehsalçılarının gübrəyə əlçatanlığının artırılması, tullantı kimi ətraf mühitə atılan xammalın emala cəlb edilməsi, torpaq resurslarının dayanıqlı istifadəsi, habelə ekoloji kənd təsərrüfatı məhsulları istehsalının artırılması məqsədilə mineral gübrələrlə yanaşı orqanomineral gübrələrin də idxalı və satışının ƏDV-dən azad edilməsi təklif edilir.

Dəyişiklik nəticəsində orqanomineral (üzvi, üzvimineral) gübrələrin qiymətinin aşağı düşməsi, beləliklə kənd təsərrüfatı məhsullarının maya dəyərinin azalması, məhsuldarlığın yüksəlməsi proqnozlaşdırılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti