...

Həcc ziyarəti üçün sənəd qəbulunun başa çatacağı tarix açıqlanıb

Cəmiyyət Materials 30 Dekabr 2025 12:00 (UTC +04:00)
Həcc ziyarəti üçün sənəd qəbulunun başa çatacağı tarix açıqlanıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı il Həcc Ziyarəti üçün sənəd qəbulu fevralın 15-də başa çatacaq.

Bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

Vüsal Cahangiri bildirib ki, fevralın 15-də kvota dolsa da, dolmasa da sənəd qəbulu bitəcək.

Həcc ziyarətinə getmək üçün tələb olunan sənədlər bunlardır:
- Xarici pasport (ən azı 1 il etibarlı);
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Tibbi arayış (praktiki sağlam);
- 2 ədəd fotoşəkil.

Qeyd edək ki, Həcc ziyarətinin qiyməti bu il üçün 6 100 ABŞ dolları, yəni 10 388 AZN təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti