...

COVID19-dan ölüm halları ilə bağlı statistika məlum olub

Cəmiyyət Materials 3 Yanvar 2026 10:10 (UTC +04:00)
COVID19-dan ölüm halları ilə bağlı statistika məlum olub
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

COVID19 virusundan dünya üzrə ölüm hallarının statistikası məlum olub.

Trend xəbər verir ki, bu barədə ÜST-nin statistikasında qeyd olunub.

Son statistikaya görə, COVID19-dan dünya üzrə 7 milyondan çox ölüm halı baş verib. Bu ölüm halları 231 ölkədən ÜST-na bildirilən rəqəmlərdir.

Ayrı-ayrı ölkələr üzrə statistika belədir:

ABŞ - 1.2 milyon;

Braziliya - 704 min;

Hindistan - 534 min;

Rusiya - 404 min;

Meksika - 335 min;

Türkiyə - 101 min;

Gürcüstan - 17.2 min;

Azərbaycan - 10.4 min.

Qeyd edək ki, bu son statistika 7 dekabr 2025-ci ilə qədərki rəqəmləri əks etdirir. Ən son statistika yanvarın 6-da yeniləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti