...

DİM tərəfindən təhsilalanların yekun qiymətləndirilməsi üçün ayrılan vəsait açıqlanıb

Cəmiyyət Materials 5 Yanvar 2026 14:59 (UTC +04:00)
DİM tərəfindən təhsilalanların yekun qiymətləndirilməsi üçün ayrılan vəsait açıqlanıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin aparılması, orta ixtisas təhsil müəssisələrinə və ali təhsilin bakalavriat səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanların keçirilməsi ilə bağlı xərclər üçün 21,3 milyon manat ayrılacaq.

Trend-in məlumatına görə, bu, Maliyyə Nazirliyinin hazırladığı “Vətəndaşın büdcə bələdçisi”ndə öz əksini tapıb.

Belə ki, Qarabağ Universitetinin fəaliyyətinin 2026-cı ildə təmin edilməsi məqsədilə 39 milyon manat vəsait nəzərdə tutulub. Universitetdə 6 istiqamət və 34 ixtisas (o cümlədən, tibb ixtisası - 100 nəfər) üzrə 2025/2026-cı tədris ilindən etibarən 4000-dək tələbənin təhsil alması və yataqxanalarda yerləşdirilməsi planlaşdırılır

Məqalədə:
Xəbər lenti

Xəbər lenti