Bakı. Trend:
Yanvarın 7-də gözlənilən hava şəraiti açıqlanıb.
Trend Milli
Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda
və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,
arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və
səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi axşam
şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 5 dərəcədən 7, gündüz 9 dərəcədən 13
dərəcəyədək olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək
766 mm civə sütunu, nisbi rütubət isə gecə 80-85 %, gündüz 70-75 %
təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi
gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi
əsəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək, gündüz 12
dərəcədən 17 dərəcəyədək, dağlarda gecə 2 dərəcədən 7 dərəcəyədək
şaxta, gündüz 7 dərəcədən 12 dərəcəyədək olacaq.
