...

Abşeronun bu ərazilərində işıq kəsiləcək

Cəmiyyət Materials 6 Yanvar 2026 13:31 (UTC +04:00)
Abşeronun bu ərazilərində işıq kəsiləcək
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Yanvarın 6-da Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 6 kV-luq kabel hava xəttində təmir işləri aparılacaq.

Trend xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 14:00-dan saat 15:30-dək Kənd Xırdalan, Əzizbəyov, M. Ə. Rəsulzadə küçələri, Heydər Əliyev prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti