...

Nəsimidə narkotiklərin təsiri altında avtomobil idarə edən sürücü həbs edildi

Cəmiyyət Materials 5 Fevral 2026 17:24 (UTC +04:00)
Nəsimidə narkotiklərin təsiri altında avtomobil idarə edən sürücü həbs edildi
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmini məqsədi ilə profilaktik tədbirlər davam etdirilir.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilir ki, sonuncu tədbir zamanı rayon ərazisində “Chevrolet” markalı nəqliyyat vasitəsini idarə edən sürücü Ceyhun Qurbanov ictimai asayişi pozaraq digər hərəkət iştirakçılarının həyatına təhlükə yaratdığına və polisin qanuni tələbinə əməl etmədiyinə görə saxlanılıb. Yoxlama zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub.

Müayinə zamanı C.Qurbanovun narkotik vasitələrin təsiri altında olduğu müəyyən edilib. Sürücü barəsində inzibati protokol tərtib edilərək qərar verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə C.Qurbanov nəqliyyat vasitələrini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 20 gün müddətinə inzibati qaydada həbs olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti