...

Son 5 ildə Azərbaycanda ən çox qar nə vaxt və hara düşüb? - Açıqlama

Cəmiyyət Materials 9 Fevral 2026 18:19 (UTC +04:00)
Son 5 ildə Azərbaycanda ən çox qar nə vaxt və hara düşüb? - Açıqlama
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Son beş ildə qar örtüyünün maksimal hündürlüyü Lerikdə qeydə alınıb. Belə ki, 2026-cı ilin ötən dövrü ərzində qar örtüyünün maksimal hündürlüyü yanvar ayında 116 sm-ə çatıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Şəbnəm Qurbanova bildirib.

Onun sözlərinə görə, 2026-cı ilə qədərki beşillikdə isə ölkə ərazisində qar örtüyünün maksimal hündürlüyü 2025-ci ilin fevral ayında qeydə alınıb:

"Həmin vaxt Qax rayonunun Sarıbaş kəndində qar örtüyünün hündürlüyü 95 sm olub. Eyni ildə Bakıda və Abşeron yarımadasında isə qar örtüyünün hündürlüyü 13 sm qeydə alınıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti