Bakı. Trend:
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Trend Milli
Hidrometeorologiya Xidmətinə istinadən xəbər veir ki, fevralın
10-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə
gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı
xəbərdarlıq verib.
Bakıda və Abşeron yarımadasında, Neftçala, Xızı, Qusar, Ağstafa,
Tovuz, Naftalan, Goranboy, Kəlbəcər, Daşkəsəndə narıncı
xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti
20.8-28.4 m/san-dək güclənəcək.
Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq
şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil
edəcək.
