...

MİSİR MƏRDANOV: TƏHSİLİN BİR PİLLƏSİNDƏN DİGƏRİNƏ KEÇİD ZAMANI NƏTİCƏLƏR NƏZƏRƏ ALINMALIDIR

Cəmiyyət Materials 12 İyul 2005 13:12 (UTC +04:00)

Təhsilin bir pilləsindən digərinə keçird zamanı əvvəlki nəticələr nəzərə alınmalıdır. Trend in məlumatına görə, bu barədə iyulun 12-də keçirilən "Azərbaycanda Boloniya prosesi-Tempus proqramı" seminarda Azərbaycanın təhsil naziri Misir Mərdanov bəyan edib.

Onun sözlərinə görə, Azərbaycan dünyada yeganə ölkədir ki, burada tğəhsilin bir pilləsinin nəticələri digərinə keçid zamanı nəzərə alınmır. "Azərbaycanın 200 minə yaxın müəlliminin əməyinə inanmamaqla onlara hörmətsiz yanaşmaq olmaz. 200 minin heç də hamısı "rüşvətxor və əliəyri deyillər", - deyə nazir bəyan edib.

Nazirin fikrincə, bu amil ölkədə təhsilin səviyyəsinə birbaşa mənfi təsir göstərir. "Azərbaycanda təhsilin səviyyəsinin təkmilləşdirilməsi ölkəmizin bu yaxınlarda qoşulduğu Boloniya prosesinin əsas tələblərindəndir".

Seminarda ölkənin aparıcı ali təhsil məkğtəblərinin rektorları ilə yanaşı, Təhsil Nazirliyinin və Azərbaycanda reallaşdırılan beynəlxalq təhsil proqramlarının nümayəndələri iştirak edib. Onlar gələcək layihələrin perspektivlərini, ölkədə təhsil sisteminin səviyyəsinin yüksəldilməsi imkanlarını müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti