...

Turan Mirzəyev Azərbaycan ağırlıqqaldıranlarından birinci olaraq dünya çempionatında çıxış edəcək

Cəmiyyət Materials 10 Noyabr 2005 12:53 (UTC +04:00)

Turan Mirzəyev Azərbaycan ağırlıqqaldıranlarından birinci olaraq bu günlərdə Doxada start götürən dünya çempionatında çıxış edəcək.

Trend bildirir ki, noyabrın 12-də ağırlıqqaldıran 77 kq. çəki dərəcəsinədək olan idmançılar arasında bəxtini çınayacaq. Bundan öncə o, 69 kq. çəki dərəcəsində çıxış edirdi. Eyni zamanda yığmanın qalan üzvləri mundialın və Avropa birinciliynin qalibi Nizami Paşayev, Əlibəy Səmədov (hər ikisi 94 kq) və Alana Nanieva (105 kq) hələlik vətəndədir və yalnız T.Mirzəyevin yarışdakı çıxışı günü Qatara gedəcəklər.

Qeyd etmək lazımdır ki, Doxada 74 ölkədən 307 atlet mübarizə aparır. Mükafata ciddi iddialı Türkiyə komandası ola bilər, amma dopinq problemi ilə bağlı olaraq bu komanda dünya birinciliyini buraxıb.

Xəbər lenti

Xəbər lenti