...

Xəzəryanı ölkələr CITES-ə qara kürü satışı və nərə balığının tutulması ilə bağlı təkliflərini təqdim edəcək

Cəmiyyət Materials 5 Yanvar 2006 20:29 (UTC +04:00)

Qara kürü satışı və nərə balığının tutulmasına qadağa qoyulması zərurətinə CITES beynəlxalq təşkilatının yanvarın 15-də keçiriləcək iclasında baxılacaq. Bu barədə Trend ə Azərbaycanın ekologiya və təbii sərvətlər nazirliyində bildirilib.

5 Xəzəryanı ölkənin nümayəndələri öz təkliflərini CITES-ə təqdim etməlidir. "Yalnız bundan sonra BMT 2006-cı ildə nərə balığının hansı həcmdə tutulmasına icazəni müəyyən edəcək. Təşkilatın qara kürü satışını və nərə balığının tutulmasını qadağan edə biləcəyi istisna edilmir" -deyə nazirliyin nümayəndəsi bildirib.

Noyabrın sonunda Xəzərin təbii ehtiyatları üzrə Komissiyanın Astanada keçirilən iclasının yekunlarına əsasən 2006-cı ildə Xəzəryanı ölkələrə nərə balığının tutulmasına ümumi kvota 23,2% azaldılıb. Tərəflər 2006-cı ildə nərə balığının tutulmasına kvotanın azaldılması barədə razılığa gəlib: RF üçün 30,5% (2005-ci ildə 371 tondan 258 tonadək), İran üçün 16% (595 tondan 500 tonadək), Qazaxıstan üçün 12% (220 tondan195 tonadək) və Azərbaycan üçün 8% (100 tondan 92 tonadək).

Həmçinin 2006-cı ildə nərə balığı kürüsünün ixracına kvotada dəyişikliklər edilib. Xüsusilə 2005-ci illə müqayisədə RF-nin bu il qara kürü ixracına kvotası 21 tondan 3,9 tona, İran üçün 60 tondan 51 tona, Qazaxıstan üçün 15,9 tondan 13,2 tona və Azərbaycan üçün 6,7 tondan 6,5 tonadək azaldılıb.

Xəbər lenti

Xəbər lenti