...

Gimatova və Qurbanovanın klubları İtaliya çempionatında liderdir

Cəmiyyət Materials 16 Fevral 2006 14:09 (UTC +04:00)

Romada klublar arasında bədii gimnastika üzrə çempionatın 2-ci turu başa çatıb. Azərbaycanın Gimnastika Federasiyasının mətbuat xidmətindən Trend ə verilən məlumata görə, Dinara Gimatova və Anna Qurbanovanın çıxış etdikləri "San-Corcio-79" və "Ardor" klubları cədvəldə ikinci yerdədirlər.

Hesabat turunda Gimatova yenidən lentlə çıxış edərək həm komandada, həm də rəqibləri arasında yenidən ən yüksək - 14.65- xal toplayıb. "San-Corcio-79"nun ümumi hesabı 66.375 bal və xal ehtiyatı 42 bənddir. Bu, yarışda liderlik edən "Flaminio" klubunun malik oloduğundan bir xal azdır.

Qurbanovaya gəldikdə isə o, iplə oyundan 15.325 bal toplayıb və bununla da komandadakı rəfiqələri arasında ən yüksək nəticəni əldə edib. "Ardor" cəmisi 70.925 bal əldə edib və iktivində artıq 44 xala malikdir. "A1" seriyasında birinci yerdə hələlik "Avrora" 50 xalla inamla gedir.

Çempioanın mart ayında keçiriləcək finaldan əvvəlki yekun 3-cü turu fevralın 25-də Bielledə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti