...

Vəkil Adil İsmayılov Ramil Səfərovun məhkəmə işi ilə əlaqədar Budapeştdədir

Cəmiyyət Materials 6 Mart 2006 11:56 (UTC +04:00)

Vəkil Adil İsmayılov erməni zabiti Qurgen Markaryanı öldürməkdə təqsirləndirilən və Budapeşt həbsxanasında saxlanılan Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovun məhkəmə işi ilə əlaqədar həmin ölkədədir. Bu barədə Trend ə A.İsmayılov məlumat verib.

Martın 6-da gün ərzində vəkilin Ramil Səfərovla və onun vəkilləri ilə görüşü planlaşdırılıb. Vəkil ekspertiza rəyi ilə bağlı dəqiq məlumatı da bu gün əldə edəcəyini bildirib.

Qeyd edək ki, Ramil Səfərovla bağlı sonuncu məhkəmə iclası ötən il dekabrın 15-də keçirilib. Lakin hakim hadisə baş verərəkən R.Səfərovun psixoloji durumunun hansı vəziyyətdə olmasının yoxlanılmasına dair 3-cü dəfə keçirilmiş ekspertiza rəyini qəbul etmədiyi üçün məhkəmə prosesi martın 7-dək təkrar təxirə salınıb.

Xəbər lenti

Xəbər lenti