...

DAK sədri Azərbaycanda dövlət rəsmiləri ilə görüşəcək

Cəmiyyət Materials 6 Mart 2006 13:45 (UTC +04:00)

Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri Cavad Derəxti martın 15-də Azərbaycana gələcək. Bu barədə Trend ə DAK mətbuat xidmətinin rəhbəri Əli Nicat verib.

Ə.Nicat bildirib ki, məqsəd martın 16-da Bakıda keçiriləcək Dünya Azərbaycanlılarının II qurultayında iştirak etməkdir. C.Derəxtinin bir həftə Bakıda qalacağını deyən DAK rəsmisi onun dövlət rəsmiləri ilə görüşlər keçirəcəyini də vurğulayıb. Onu da qeyd edib ki, DAK sədri qurultayda iştirak edəcək diaspor təşkilatlarının rəhbərləri ilə də söhbətlər aparacaq: "Görüşlərin əsas mövzusu diasporların inkişafı və birliyi ilə bağlı olacaq".

DAK rəsmisi C.Derəxtinin Dünya Azərbaycanlılarının II qurultayında çıxış edəcəyini və Bakıda qaldığı bir həfət ərzində siyasi partiya rəhbərləri ilə söhbətələr aparacağını da vurğulayıb. Onu da qeyd edib ki, Bakıya gələn gün, yəni martın 15-də C.Derəxti jurnalistlər üçün mətbuat konfransı keçirəcək.

Xəbər lenti

Xəbər lenti