...

Türkiyənin təhsil naziri Azərbaycana səfər edəcək

Cəmiyyət Materials 10 Mart 2006 18:55 (UTC +04:00)

Bu ilin aprel-may aylarında Türkiyənin təhsil naziri Səlahəddin Dikmən Azərbaycana səfər edəcək. Bu barədə Trend ə Azərbaycanın Təhsil Nazirliyindən məlumat verilib.

Qarşıdakı səfər zamanı tərəflər diplomların qarşılıqlı tanınması məsələlərini, eləcə də elm və texnika sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər. İki ölkənin təhsil nazirləri kadrların mübadiləsi, eləcə də tələbə və müəllimlərin mübadiləsi, iki ölkənin aparıcı universitetləri arasında birbaşa əlaqələrin qurulması məsələlərini nəzərdən keçirəcəklər.

Xatırladaq ki, səfər ötən ilin dekabrına planlaşdırılsa da, nazirin iş qrafikinin həddən artıq gərgin olması ilə bağlı onu təxirə salmaq lazım gəlib. Azərbaycanın Təhsil Nazirliyində proqramların razılaşdırılması və səfərin gündəliyi ilə bağlı işlərə artıq başlanılıb.

Xəbər lenti

Xəbər lenti