...

Azərbaycanın futbol komandası moldavanlarla heç-heçə oynayıb

Cəmiyyət Materials 17 May 2006 16:26 (UTC +04:00)

Azərbaycanın futbol komandası Kişinyovda gənclər arasında keçirilən beynəlxalq turnirdə vəziyyətini bir qədər yaxşılaşdırıb.

Trend in Moldova Federasiyasının rəsmi saytına istinadən xəbər verdiyi kimi, 2-ci tur çərçivəsində Yaşar Vahabzadənin yetirmələri meydança sahibləri ilə heç-heçə oynayıb, yəni oyun 1:1 hesabla başa çatıb. Bu nəticə "A" qrupunda cədvələ başçılıq edən moldavanları qane edib.

Mayın 18-də qrup mərhələsinin sonuncu günündə komanda beloruslarla oynayacaq və yalnız bundan sonra yığmanın hansı yerə iddia edə biləcəyi məlum olacaq. Ancaq indidən demək olar ki, pleyy-off görüşləri üzrə yığmanın rəqibi rumınlar və ya ukraynalılar ola bilər.

Xəbər lenti

Xəbər lenti