...

Şeyxülislam: "Karikaturların dərc olunması Azərbaycanın qonşu dövlətlərlə dostluq əlaqələrini qırmaq məqsədi güdür"

Cəmiyyət Materials 9 İyun 2006 14:23 (UTC +04:00)

"Azərbaycan mətbuatında karikaturaların dərc olunması Bakının qonşu dövlətlərlə dostluq əlaqələrini qırmaq məqsədi güdür". Trend in xəbər verdiyi kimi, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin "son günlər yerli KİV-də iftira xarakterli materialların dərc olunması" ilə əlaqədar müraciətində deyilir.

Müraciətdə belə dərclərin "gerçək səbəbləri və gizli məqsədləri"ndən narahatlıq ifadə olunur. "Bu iftira kampaniyasının təşkilatçılarının məqsədi Azərbaycanın qonşu ölkələrlə dostluq əlaqələrini qırmaq, ölkənin daxili sabitliyini pozmaq, etnik zəmində gərginlik yaratmaq, müxtəlif dini cərəyanların nümayəndələrinin qarşılıqlı anlaşmasını korlamaqdan ibarətdir.

"Karikaturalara mənfi münasibət ilk növbədə mümkün qarşıdurmanın və arzuolunmaz faktların qarşısının alınmasından doğub. Həmvətənləri sayıq olmağa çağırıram", - dyə QMİ sədrinin müraciətində deyilir. Burada, həmçinin, "Azərbaycan jurnalistikasının belə provokasiyaları layiqincə dəf edə biləcəyinə" əminlik ifadə olunur.

Xəbər lenti

Xəbər lenti