...

Güləş üzrə Beynəlxalq Federasiyanın prezidenti Rafael Martinetti Bakıya gələcək

Cəmiyyət Materials 22 İyun 2006 12:55 (UTC +04:00)

Güləş üzrə Beynəlxalq Federasiyanın (FILA) prezidenti Rafael Martinettinin başçılıq etdiyi rəhbər heyət iyunun 23-də H.Əliyev adına İdman-Konsert kompleksində başlayacaq "Qızıl Qran-Pri"nin finalına gələcək.

Milli Federasiyanın vitse-prezidenti Cavanşir Qurbanovun Trend ə verdiyi məlumata görə, hörmətli qonaq yarışın təşkili səviyyəsini şəxsən yoxlayacaq və bir sıra işgüzar danışıqlar aparacaq. "Yarış bizim üçün gələn il keçiriləcək dünya çempionatından əvvəl əsas yoxlama olacaq. Buna görə də FILA Bakıda yarışın keçirilməsinə böyük maraq göstərir", - C.Qurbanov qeyd edib.

Həmçinin, R.Martinettinin Bakıya səfəri zamanı Azərbaycan tərəfinin 2005-ci il mundialının gümüş mükafatçısı, çempionatdan sonra dopinq testi müsbət nəticə vermiş Hüsaməddin Rəcəbovun oyunlardan uzaqlaşdırılması müddətinin azaldılması barədə ərizə ilə FİLA-ya müraciət edəcəyi də gözlənilir.

Xəbər lenti

Xəbər lenti