...

AFFA legionerlər üzrə limit haqqında məsələyə qayıdacaq

Cəmiyyət Materials 20 İyul 2006 18:04 (UTC +04:00)

Azərbaycan çempionatında legionerlər üzrə limitin sərtləşdirilməsinə yenidən baxılma məsələsi təşkilatın İcra komitəsinin iyulun 28-ə təyin edilmiş iclasında müzakirə ediləcək.

Trend in xəbər verdiyi kimi, Assosiasiya bu yaxınlarda birinciliyin reqlamentində dəyişikliklər edib və buna əsasən bir komandanın tərkibində meydana, əvvəl olduğu kimi beş deyil, ən çoxu üç xarici çıxa bilər. Bu yenilik bəzi qabaqcıl komandaların xoşuna gəlməyib və onlar bu məsələnin yenidən baxılmasını tələb ediblər. Ona görə də ehtimal olunur ki, iclas zamanı İcra komitəsi məsələyə yenidən aydınlıq gətirmək üçün yenə də bu məsələyə toxunacaq.

Bununla yanaşı, ölkənin XI çempionatının əsasnaməsi qəti şəkildə təsdiqlənəcək, həmçinin AFFA Komitələrinin tərkibi müəyyən olunacaq.

Xəbər lenti

Xəbər lenti