2016-cı ildə yay olimpiya oyunlarının Azərbaycanda keçirilməsi üçün ölkəmiz namizədliyini irəli sürəcək. Bu barədə Trend ə Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Bu məqsədlə Azərbaycanda olimpiya komplekslərinin sayı artırılacaq, həmçinin idman qurğuları bərpa ediləcək, yeni-yeni idman kompleksləri tikiləcək. Azərbaycan 2016-cı ildə keçiriləcək yay olimpiya oyunlarının Azərbaycanda keçirilməsini istəyir. Bunun üçün də əvvəlki illərdə Azərbaycan ev sahibliyi üçün öz namizədliyini irəli sürəcək.
Qeyd edək ki, 2008-ci ildə növbəti olimpiya oyunları Pekində baş tutacaq. 2012-ci ildə keçiriləcək olimpiya oyunlarının ev sahibi 2008-də, 2016-cı ildə keçiriləcək yarışların ev sahibi isə 2012-ci ildə məlum olacaq.