...

Avqustun 22-də Bakıda Məhəmməd peyğəmbərin məbəs günü qeyd olunacaq

Cəmiyyət Materials 14 Avqust 2006 16:53 (UTC +04:00)

"Cümə" məscidinin imam camaatı, Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzinin koordinatoru İlqar İbrahimoğlunun təşəbbüsü ilə avqustun 22-də Bakıda Məhəmməd peyğəmbərin məbəs günü qeyd olunacaq. Bu barədə Trend ə İlqar İbrahimoğlu məlumat verib.

O bildirib ki, Həzrəti Məhəmmədə Allah tərəfindən peyğəmbərlik verildiyi günün (məbəs günü) ildönümü bu il avqustun 22-nə təsadüf edir. Bu günü islam aləmi bayram kimi qeyd edir. Avqustun 22-də Bakıda da bu mövzuda konfrans keçiriləcək.

İ.İbrahimoğlu deyib ki, başqa bir tədbir keçirməyi də planlaşdırır və bu, İsrail-Livan münaqişəsində atəşkəs elan edilməsi ilə bağlı olacaq: "Biz yaxın ətrafda baş verənləri izləyəcəyik. Əgər görsək ki, bu münaqişə artıq başa çatıb və hərbi savaş tam dayandırılıb, onda İsrail-Livan münaqişənin yekunları ilə bağlı dəyirmi masa təşkil edəcəyik. Biz münaqişənin dayandırılmasını və həmçinin Azərbaycanın BMT-nin İnsan Haqları Komissiyasının üzvü kimi Təhlükəsizlik Şurasının qətnaməsinə imza atmasını alqışlayırıq. Hesab edirik ki, Azərbaycan dövləti çox düzgün addım atıb və gələcəkdə Qarabağ probleminin həllində İslam Konfransı Təşkilatının daha çox dəstəyini qazanmaq baxımından məqsdəuyğun hərəkət edib"-deyə İ.İbrahimoğlu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti